Haqqımızda
Mühasibat, audit, İKT və konsaltinq xidmətləri
Capital Group
2012-ci ildə fəaliyyətə başlayan Capital Group audit və maliyyə hesabatlarının hazırlanması, vergi və mühasibat uçotu, insan resurslarının idarə edilməsi, maliyyə və biznes məsləhətləri, qiymətləndirmə sahələrində işləyən üç şirkəti birləşdirir. Şirkətlərin bir qrupda birləşməsi vahid iş siyasəti yürütməyə imkan verir.
- Bir müqavilə — bütün xidmətlər
- Şəffaf qiymət
- Tam məxfilik
Qrupun şirkətləri
- Capital An Consulting
- VN Capital Consulting

- Capital Audit
Missiyamız
Məqsədimiz biznes mühitindəki risklərin şirkətinizə təsirini azaltmaq və inkişafınızı davamlı etməkdir. Hüquq, mühasibatlıq, kadr və insan resursları, idarəetmə sahələrində ehtiyaclarınızı beynəlxalq təcrübəyə əsaslanaraq qarşılayırıq. Biznesinizi yaxından tanımağa və uzunmüddətli əməkdaşlıq qurmağa çalışırıq.
Hər müştəriyə fərdi yanaşırıq, sorğularınıza vaxtında cavab verir və məlumatlarınızın tam məxfiliyini təmin edirik.